İnstitutun əməkdaşı Harvard Universitetində tədqiqat aparmışdır

İnstitutun əməkdaşı Harvard Universitetində tədqiqat aparmışdır
16 Feb 2016 13:26 | Baxılıb: 289

Sosial və Humanitar Elmlər İnstitutunun "Sahibkarlığın İnkişafı və Tədqiqatları" şöbəsinin müdiri Odiljon Abdurazzakov qonaq alim kimi beş ay müddətində  Harvard Universitetində olmuşdur.

 

Sosial və Humanitar Elmlər İnstitutunun "Sahibkarlığın İnkişafı və Tədqiqatları" şöbəsinin müdiri Odiljon Abdurazzakov Karnegi Tədqiqat Təqaüd Proqramı çərçivəsində 2015-ci il avqust ayından 2016-ci il yanvar ayına qədər Harvard Universitetində olmuşdur. Tədqiqat proqramını Harvard Universitetinin Sahibkarlıq şöbəsinin nəzdində keçirən Odiljon Abdurazzakov həmin şöbənin qurucusu və rəhbəri olan Coş Lernerlə birgə tədqiqat işləri aparmışdır.. Qeyd edək ki, Coş Lerner innovasiya sahibkarlıq üzrə dünyanın 10 ən tanınmış mütəxəssisindən biridir. Tədqiqatın əsas məqsədi, innovasiya sahibkarlığın stimullaşdırılmasında ABŞ təcrübəsini öyrənərək Azərbaycanda tətbiq imkanlarını qiymətləndirmək idi.

 

Tədqiqat proqramı çərçivəsində şöbənin müdiri Odiljon Abdurazzakov Harvard Biznes Məktəbinin MBA dərslərində və Massaçuset Texnologiya İnstitutu Sloan İdarəetmə Məktəbinin və Milli İqtisadi Tədqiqatlar Bürosunun İnnovasiya və Sahibkarlıq mövzusunda təşkil etdiyi həftəlik seminarlarda iştirak etmişdir. Tədqiqat, əsasən, ABŞ-ın Silicon Valley, Boston və Nyu-York kimi şəhərlərinin texnologiya əsaslı firmalar üçün maliyyə infrastruktur StartUp ekosistemlərinin təhlilindən ibarətdir.

 

O həmçinin, texnologiya sahəsində istedad hovuzunun idarə edilməsi, o cümlədən StartUp texnologiyaların həyata keçirilməsi üçün dövlət dəstəyinin və  milli innovasiya potensialının inkişaf etdirilməsi üçün vacib olan digər amillər çərçivəsində ABŞ təcrübəsini öyrənmişdir. Apardığı elmi tədqiqatın bir hissəsi kimi, cənab Abdurazzakov Y kombinasiyası, Tech Start və Kütlə Rəqabətliyi olan StartUp sürətləndiricilərin fəaliyyətlərini təhlil etmişdir. O həmçinin investor firmaların ABŞ-da  necə fəaliyyət göstərdiklərini və risklərdən qorunduqlarına dair də təhlillər aparmışdır.

 

Tədqiqatın ən ali məqsədi inkişaf etməkdə olan iqtisadiyyatlar üçün o cümlədən Azərbaycan iqtisadiyyatı üçün tövsiyələrin hazırlanması və innovasiya sahibkarlığın stimullaşdırılması yollarının öyrənilməsi idi. 

Son yeniliklər


Sungkyunkwan Universitetində əməkdaşlıq...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu “Sosial-İqtisadi Tədqiqatlar” şöbəsinin mü ətraflı oxu »

Sungkyunkwan Universitetində beynəlxalq konfrans...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu “Sosial-İqtisadi Tədqiqatlar” şöbəsinin mü ətraflı oxu »

V Qafqaz İqtisadi Forumu keçirildi...

2012-ci ildən bəri ənənəvi olaraq keçirilən Qafqaz İqtisadi Forumunun beşincisi 21 may 2016-cı ildə Quba rayonund ətraflı oxu »

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rəsul oğlu Rza...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutunun “Türkologiya” şöbəsi 18 may 2016-ci il ətraflı oxu »