Türkologiya şöbəsi “türkologiyanin aktual məsələləri və azərbaycançılıq” adlı seminar keçirtdi

Türkologiya şöbəsi “türkologiyanin aktual məsələləri və azərbaycançılıq” adlı seminar keçirtdi
01 Apr 2016 15:16 | Baxılıb: 400

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutunun “Türkologiya” şöbəsi 01 aprel 2016-ci il tarixində Qafqaz Universitetində “Türkologiyanin aktual məsələləri və azərbaycançılıq” adlı seminar keçirtdi. Qafqaz Universitetinin rəhbərliyinin və pedaqogika fakültəsinin müəllimlərinin də iştirak etdiyi seminarda akademik  Nizami Cəfərov məruzəçi kimi iştirak edirdi.

 

Universitetin rektoru professor Ahmet Saniç seminardan öncə çıxış edərək bildirdi ki, ali təhsil ocağında bu tədris ili "Elm ili" elan edilib: "Əvvəllər də çox konfranslar keçirmişik, bu ildə keçiririk. Amma bu ilin fərqi ondan ibarətdir ki, akademik heyətimiz elmi araşdırmalara daha çox diqqət və vaxt ayırırlar. Bugünkü tədbirimizin də əsas məqsədi  aparılan və aparılacaq elmi tədqiqatlarla bağlı akademik Nizami Cəfərovun tövsiyələrini almaqdır".

 

Akademik Nizami Cəfərov türkologiyanın və azərbaycançılığın tarixi, hazırkı vəziyyəti, miqyası, milli ictimai və akademik şüur tərəfindən dərk olunması haqda məruzə ilə çıxış etdi. Akademik bildirdi ki, bu elmə iki cür yanaşma var: "Tarixdə türklərin özləri və türkləri tanıyan xalqlar tərəfindən nə deyilibsə o türkologiyadır. Eramızdan əvvəl birinci minillikdə Çin, Yunan, İran və digər xalqların tarixi mənbələrində bu barədə məlumatlar var. Sovet Türkologiya elmi məktəblərində ideya verən mövzuların araşdırılmasına imkan verilmədiyindən bu gün o məktəblərdən mənbə kimi istifadə olunmur. O dövrdə türkologiya elmi əsasən xalqların parçalanmasına xidmət edib. Türkologiya elminin müasir problemlərindən biri də türk xalqlarının və türklərə qohum olan xalqların tarixini öz dillərində yazmasıdır.  Bu baxımdan bu sahə ilə məşğul olan alimlər xüsusən Türkiyə mənbələrindən istifadə edir. Akademik Nizami Cəfərov türkologiya elmi ilə məşğul olan alimlərin araşdırmaları, bu elmə yanaşmaları haqda da geniş məlumat verərək məruzəsini davam etdirdi". Seminarın sonunda Akademik Niazmi Cəfərov Sovyetlər birliyi dağıldıdan sonra Türkologiya sahəsində yeni istiqamətlərin müəyyənləşdirilməsidə türkologiyanın qarşısında duran müasir vəzifələrdən danışdı.

 

Daha sonra Qafqaz Universitetinin Sosial və Humanitar Elmlər İnstitutunun “Təhlükəsizlik və Enerji Tədqiqatları” şöbəsinin müdiri dosenti Ceyhun Mahmudlu Nəriman Qaraxani, Anar İsgəndərov və Şamxal Əbilovla birgə apardığı "Azərbaycançılıq konspektinə empirik baxış" adlı araşdırma haqda ətraflı məlumat verdi. Seminarın sonunda akademik Nizami Cəfərov gənc alimlərə türkologiya elminin araşdırılmalı olan türk  etnosunun təşəkkülü, müasir türk xalqlarının təşəkkülü və müasir türk məkanında inteqrasiya problemləri üzrə istiqamət və tövsiyələr verərək, onların suallarını cavablandırdı.

 

 

Son yeniliklər


Sungkyunkwan Universitetində əməkdaşlıq...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu “Sosial-İqtisadi Tədqiqatlar” şöbəsinin mü ətraflı oxu »

Sungkyunkwan Universitetində beynəlxalq konfrans...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu “Sosial-İqtisadi Tədqiqatlar” şöbəsinin mü ətraflı oxu »

V Qafqaz İqtisadi Forumu keçirildi...

2012-ci ildən bəri ənənəvi olaraq keçirilən Qafqaz İqtisadi Forumunun beşincisi 21 may 2016-cı ildə Quba rayonund ətraflı oxu »

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rəsul oğlu Rza...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutunun “Türkologiya” şöbəsi 18 may 2016-ci il ətraflı oxu »