Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu Qarabağ Tədqiqatları Şöbəsinin elmi işçisi Almaniyanın Humboldt Universitetində seminar vermişdir

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu Qarabağ Tədqiqatları Şöbəsinin elmi işçisi Almaniyanın Humboldt Universitetində seminar vermişdir
15 Feb 2016 11:30 | Baxılıb: 259

 

Fevral ayının 11-də Qafqaz Universiteti Sosial və Humanitar Elmlər Institutu (QUSHEİ) Qarabağ Tədqiqatları Şöbəsinin elmi işçisi, Almaniyanın Leipzig Universitetinin doktorantura tələbəsi və eyni zamanda QUSHEİ-in Almaniya şöbəsinin təmsilcisi Şamxal Əbilov Almaniyanın Humboldt Universitetinin Tarix fakültəsində “İran və Türkiyənin Qarabağ Münaqişəsinin həllində Rolu” adlı seminar vermişdir. Seminarda Humboldt Universiteti Tarix fakültəsinin Azərbaycan Tarixi kafedrasının akademik heyəti və doktorantura və magistratura tələbələri iştirak etmişlər.

 

Seminar Humboldt Universiteti Tarix fakültəsinin Azərbaycan Tarixi kafedrasının müdiri Prof. Dr. Eva-Maria Auchun giriş nitqi ilə başlamışdır. Prof. Dr. Eva-Maria Auch giriş nitqi zamanı Azərbaycan üçün faciəvi nəticələri olan Qarabağ münaqişəsinin təəssüf ki, son 20 ildə hələ də həlli istiqamətində heç bir irəliləyişin olmadığını vurğulamışdır. Giriş nitqindən sonra söz Şamxal Əbilova verilişdir. Çıxışının giriş hissəsində regional və qlobal güclərin və regional təşkilatların Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımlardan söz açan Şamxal Əbilov daha sonra münaqişənin 1990-cı illərin başlarında tarix boyunca Cənubi Qafqazda geosiyasi maraqları olan İran və Türkiyənin regiondakı siyası və iqtisadi maraqları üçün nə kimi əngəl törətdiyindən danışmışdır.

 

İran və Türkiyənin münaqişənin həlli istiqamətlərində 1992 və 1993-cü illərdəki fəaliyyətlərinə toxunan tədqiqatçı hər iki ölkənin sülh yaratma prosesində niyə müvəffəq ola bilməmələrinin səbəblərini açıqlamışdır. Onun sözlərinə görə İran və Türkiyənin sülh yaratma prosesində müvəffəq ola bilməmələrinin əsas səbəbləri onların münaqişə tərəfləri üzərində siyası təzyiq gücünün olmaması və ən əsası Cənubi Qafqazı öz siyası təsir dairəsi hesab edən və İran və Türkiyənin regionda möhkəmlənməsinin istəməyən Rusiyanın Ermənistan üzərində böyük siyası təzyiqə malik olmasıdır.

 

Çıxışının sonunda Şamxal Əbilov daha sonrakı mərhələrdə Azərbaycanla etnik və dini bağları olan Türkiyənin Azərbaycanı dəstəklədiyi halda Azərbaycanla dini bağları olan İranın niyə Ermənistanı dəstəklədiyinə toxunmuş, bu addımların hər iki ölkənin regiondakı siyası və milli maraqları istiqamətində atılmış addımlar olduğunu vurğulamışdır. Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan çıxış iştirakçıların rəy və suallarından ibarət müzakirələrlə sona çatmışdır. 

Son yeniliklər


Sungkyunkwan Universitetində əməkdaşlıq...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu “Sosial-İqtisadi Tədqiqatlar” şöbəsinin mü ətraflı oxu »

Sungkyunkwan Universitetində beynəlxalq konfrans...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu “Sosial-İqtisadi Tədqiqatlar” şöbəsinin mü ətraflı oxu »

V Qafqaz İqtisadi Forumu keçirildi...

2012-ci ildən bəri ənənəvi olaraq keçirilən Qafqaz İqtisadi Forumunun beşincisi 21 may 2016-cı ildə Quba rayonund ətraflı oxu »

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rəsul oğlu Rza...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutunun “Türkologiya” şöbəsi 18 may 2016-ci il ətraflı oxu »