“31 mart 1918-ci il soyqırımı”-nın 98-ci ildönümü ilə əlaqədar seminar verildi

“31 mart 1918-ci il soyqırımı”-nın 98-ci ildönümü ilə əlaqədar seminar verildi
30 Mar 2016 15:51 | Baxılıb: 482

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu Qarabağ Tədqiqatları şöbəsinin müdiri Dosent Bilal Dədəyev 31 mart 2016-ci il tarixində Azərbaycan tarixinin qanlı səhifələrindən olan “31 mart 1918-ci il soyqırımı”-nın 98-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi  Abşeron rayon polis idarəsində məruzə ilə çıxış etdi. Tədbirdə Abşeron Rayon Polis İdarəsinin polis polkovnik leytenatları Elçin Rəcəbov, Mehman Neymətov və şöbənin polis əməkdaşları iştirak etdilər. İlk öncə 31 mart 1918-ci il soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Daha sonra tədbirdə çıxış edən dosent Bilal Dədəyev, erməni daşnaklarının və bolşeviklərin Azərbaycan xalqının başına gətirdikləri müsibətlərdən danışdı.  O, bildirdi ki, 98 il bundan əvvəl erməni millətçıləri bolşeviklərin dəstəyi ilə Bakı və onun ətrafında azərbaycanlıların soyqırımına başladılar. Tezliklə qanlı hadisələr bütün Azərbaycanı bürüdü. 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən çox azərbaycanlını qətlə yetirdilər, onların evlərini qarət etdilər, on minlərlə insanı öz doğma yurdlarından didərgin saldılar. Yalnız Bakıda 30 min azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmişdir, Şamaxı qəzasında 58 kənd dağıdılıb, 7 min insan qətlə yetirilib, o cümlədən 1653 qadın və 965 uşaq. Quba qəzasında 122 müsəlman kəndi tamamilə məhv edilmişdir, Qarabağın dağlıq hissəsində 150 Azərbaycan kəndi məhv edilmişdir, Zəngəzur qəzasında 115 kənd məhv edilmişdir. Əhali cinsindən və yaşından asılı olmayaraq vəhşicəsinə qətlə yetirilmişdir. İrəvan quberniyasında - 211, Qars vilayətində - 92 Azərbaycan kəndi dağıdılıb, yandırılıb, qarət edilmişdir.  Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 26 mart 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu hadisələrə siyasi qiymət verdi və ilk dəfə rəsmən ermənilərin Azərbaycanlılara qarşı soyqırımı törətdiyini elan etdi.

 

Çıxışının sonunda Dos. Bilal Dədəyev qeyd etdi ki, hər il olduğu kimi bu ildə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü dünyanın müxtəlif ölkələrində qeyd olunur.

Son yeniliklər


Sungkyunkwan Universitetində əməkdaşlıq...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu “Sosial-İqtisadi Tədqiqatlar” şöbəsinin mü ətraflı oxu »

Sungkyunkwan Universitetində beynəlxalq konfrans...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu “Sosial-İqtisadi Tədqiqatlar” şöbəsinin mü ətraflı oxu »

V Qafqaz İqtisadi Forumu keçirildi...

2012-ci ildən bəri ənənəvi olaraq keçirilən Qafqaz İqtisadi Forumunun beşincisi 21 may 2016-cı ildə Quba rayonund ətraflı oxu »

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rəsul oğlu Rza...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutunun “Türkologiya” şöbəsi 18 may 2016-ci il ətraflı oxu »