Qarabağ Tədqiqatları Şöbəsi Ədliyyə Nazirliyi Penitensiar Xidməti 15 saylı Cəzaçəkmə Müəssisəsində seminar vermişdir

Qarabağ Tədqiqatları Şöbəsi  Ədliyyə Nazirliyi Penitensiar Xidməti 15 saylı Cəzaçəkmə Müəssisəsində seminar vermişdir
26 Feb 2016 10:59 | Baxılıb: 289

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu Qarabağ Tədqiqatları şöbəsinin müdiri Dosent Bilal Dədəyev 26 fevral 2016-ci il tarixində Azərbaycan xalqının müstəqillik tarixinin qanlı səhifələrindən olan “Xocalı soyqırımı”-nın 24-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 15 saylı Cəzaçəkmə Müəssisəsində məruzə ilə çıxış etdi. Tədbirdə 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi polkovnik leytenant İlyas Səlimov, rəis müaviləri polkovnik leytenant Cəmaləddin Əliyev və mayor Mehman Beydullayev ilə birgə müəssisənin zabit heyəti və məhkumlar iştirak edirdilər. İlk öncə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra tədbirdə çıxış edən dosent Bilal Dədəyev, erməni daşnaqlarının Azərbaycan xalqının başına gətirdikləri müsibətlərdən danışdı. Bu faciələrin 1905-1906, 1918-1920-ci illərdə, 1948-1956-cı illər Qərbi Azərbaycandan 150 min soydaşımızın deportasiya edilməsində və nəhayət 1988-ci ildən davam edən Qarabağ hadisələrində yaşandığını faktlarla qeyd etdi.

 

O, bildirdi ki, “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu.

 

Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü”. Dədəyev,  nitqinin sonunda bu mənəvi acının ancaq zəfərlə sakitləşə biləcəyini vurğuladı.  

Son yeniliklər


Sungkyunkwan Universitetində əməkdaşlıq...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu “Sosial-İqtisadi Tədqiqatlar” şöbəsinin mü ətraflı oxu »

Sungkyunkwan Universitetində beynəlxalq konfrans...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu “Sosial-İqtisadi Tədqiqatlar” şöbəsinin mü ətraflı oxu »

V Qafqaz İqtisadi Forumu keçirildi...

2012-ci ildən bəri ənənəvi olaraq keçirilən Qafqaz İqtisadi Forumunun beşincisi 21 may 2016-cı ildə Quba rayonund ətraflı oxu »

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rəsul oğlu Rza...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutunun “Türkologiya” şöbəsi 18 may 2016-ci il ətraflı oxu »