Qarabağ Tədqiqatları Şöbəsi Abşeron Rayon Polis İdarəsində seminar vermişdir

Qarabağ Tədqiqatları Şöbəsi Abşeron Rayon Polis İdarəsində seminar vermişdir
25 Feb 2016 11:25 | Baxılıb: 161

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu Qarabağ Tədqiqatları şöbəsinin müdiri Dosent Bilal Dədəyev 25 fevral 2016-ci il tarixində Azərbaycan xalqının müstəqillik tarixinin qanlı səhifələrindən olan “Xocalı soyqırımı”-nın 24-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi  Abşeron rayon polis idarəsində məruzə ilə çıxış etdi. Tədbirdə Abşeron Rayon Polis İdarəsinin rəis müavini polis polkovnik leytenatı Elçin Rəcəbov və şöbənin polis əməkdaşları iştirak edirdilər. İlk öncə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra tədbirdə çıxış edən dosent Bilal Dədəyev, erməni daşnaqlarının Azərbaycan xalqının başına gətirdikləri müsibətlərdən danışdı. Bu faciələrin 1905-1906, 1918-1920-ci illərdə, 1948-1956-cı illər Qərbi Azərbaycandan 150 min soydaşımızın deportasiya edilməsində və nəhayət 1988-ci ildən davam edən Qarabağ hadisələrində yaşandığını faktlarla qeyd etdi.

 

O, bildirdi ki, “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Nitqinin sonunda Dos. Bilal Dədəyev  vurğuladı ki bizim tək istəyimiz torpaqlarımızın işğaldan azad edilməsi, Xocalı adının faciə ilə deyil, şanlı zəfərlə birgə xatırlanmasıdır.

 

Son yeniliklər


Sungkyunkwan Universitetində əməkdaşlıq...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu “Sosial-İqtisadi Tədqiqatlar” şöbəsinin mü ətraflı oxu »

Sungkyunkwan Universitetində beynəlxalq konfrans...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu “Sosial-İqtisadi Tədqiqatlar” şöbəsinin mü ətraflı oxu »

V Qafqaz İqtisadi Forumu keçirildi...

2012-ci ildən bəri ənənəvi olaraq keçirilən Qafqaz İqtisadi Forumunun beşincisi 21 may 2016-cı ildə Quba rayonund ətraflı oxu »

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rəsul oğlu Rza...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutunun “Türkologiya” şöbəsi 18 may 2016-ci il ətraflı oxu »