IV Qafqaz İqtisadi Formu keçirilidi

IV Qafqaz İqtisadi Formu keçirilidi
18 Oct 2015 10:31 | Baxılıb: 365

  IV QAFQAZ İQTİSADİ FORUMU

İsmayıllı/Azərbaycan, 17-18 oktyabr, 2015

 

Azərbaycanın ali təhsil müəsisələri arasında ilk sıralarda yer tutan  Qafqaz universiteti hər il təşkil etdiyi yerli və beynəlxalq səviyyəli mötəbər tədbirlərlə yadda qalır. Hər il ənənəvi olaraq keçirilən "Qafqaz İqtisadi Forumu" dur. Forum hər il ölkə iqtisadiyyatı üçün müəyyənləşdirilən əsas prioritet istiqamətə həsr edilməklə elmi tədqiqatların təqdimatı və maraqlı fikir mübadiləsi ilə yadda qalır.

 

2012-ci ilin aprel ayında “Qafqaz İqtisadi Forumu”-nun birincisi Şamaxıda baş tutdu. Ölkənin müxtəlif ali təhsil və tədqiqat müəsisələri və iş dünyasından nümayəndələrin aktiv iştirakı ilə baş tutan forumda qlobal iqtisadi məsələlərə yanaşmalar, müasir iqtisadiyyatda institutional məsələlər və bunların həlli ilə bağlı təkliflər, həmçinin də iqtisadi inkişafda sahibkarlığın rolu ilə bağlı təqdimatlar maraqla qarşılandı. Bir il sonra, 2013-cü il mayın 12-də “Qafqaz İqtisadi Forumu”-nun sayca ikincisi Nabranda keçirilmişdir. Bu dəfə də diqqət mərkəzində olan və hamının maraqla izlədiyi qlobal dünyada və yerli iqtisadiyyatda baş verən yeniliklər, iqtisadi inkişafa aparan yolda innovasiya və sahibkarlıq və digər bu kimi məsələlər müzakirə obyekti olmuşdur. 24 may 2014-cü il tarixində Qafqaz Universitetində Sosial İqtisadi Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə III Qafqaz İqtisadi Forumu baş tutmuşdur. 2014-cü ilin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə “Sənaye ili” elan edildiyini nəzərə alaraq, bu istiqamətdə töhfə vermək məqsədi ilə forum sənaye mövzusuna həsr edilmişdir.

 

Bu il də iqtisadi forumun keçirilməsi ənənəsi qorunmuş belə ki, cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci ilin kənd təsərrüfatı ili elan olunması nəzərə alınaraq IV Qafqaz İqtisadi Forumu kənd təsərrüfatı ilə əlaqəli məsələlərin müzakirəsinə həsr olunmuşdur. İqtisadi Forum  2015-ci il oktyabrın 17-18-də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Qafqaz Universiteti və İsmayıllı Rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda uğurla keçirilmişdir.

 

“Qala” sarayında keçirilən forumu İsmayıllı RİH-in başçısı, iqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqov giriş nitqi ilə açaraq, 2015-ci ildə rayonda sosial-iqtisadi, aqrar və sənaye sahələrində əldə olunan nəticələrlə iştirakçıları tanış etdi. Yaponiyanın İto şəhərindən gəlmiş qonaq, “Kosuqi” Koorporasiyasının prezidenti Kosuqi Saki çıxışında belə bir məclisdə iştirakından məmnunluq duyduğunu, İsmayıllının hərtərəfli inkişafda olduğunu bildirdi və forumun işinə uğurlar arzuladı. Qafqaz Universitetinin rektoru, professor Ahmed Saniç, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin baş direktoru, professor Rəsul Balayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov kənd təsərrüfatı iqtisadiyyatının müxtəlif istiqamətlərini əhatə edən çıxışlar etdilər. Professor Rəsul Balayev kənd təsərrüfatı naziri Heydər Əsədovun foruma göndərdiyi təbrik məktubunu oxudu. İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyevin “Azərbaycanın strateji iqtisadi inkişafında kənd təsərrüfatının rolu” mövzusunda məruzəsi dinlənildi.

 

Plenar iclasda daha sonra Türkiyənin Egey Universiteti kənd təsərrüfatı kafedrasının müdiri, professor Uyğun Altsoyun çıxışı dinlənildi. Forumun davamında kənd təsərrüfatı ilə bağlı Türkiyə nümunəsi, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, kənd təsərrüfatına investisiya layihələrinin inkişafı, regional kənd təsərrüfatının inkişafı problemləri, kənd təsərrüfatı inkişafının potensial imkanları, kənd təsərrüfatında kimyalaşdırmanın rolu və ekoloji problemlər, kənd təsərrüfatının maliyyə problemləri və onların həlli yolları, kənd təsərrüfatının kreditləşdirilməsi mexanizmi və s. mövzularda praktik və nəzəri əhəmiyyət kəsb edən mühazirələr iştirakçılar tərəfindən maraqla dinlənildi.İqtisadi forumun gələcək illərdə də Azərbaycanın müxtəlif regionlarında aktual iqtisadi məsələlərin müzakirəsi ilə davam etdirilməsi nəzərdə tutulmaqdadır.

Son yeniliklər


Sungkyunkwan Universitetində əməkdaşlıq...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu “Sosial-İqtisadi Tədqiqatlar” şöbəsinin mü ətraflı oxu »

Sungkyunkwan Universitetində beynəlxalq konfrans...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu “Sosial-İqtisadi Tədqiqatlar” şöbəsinin mü ətraflı oxu »

V Qafqaz İqtisadi Forumu keçirildi...

2012-ci ildən bəri ənənəvi olaraq keçirilən Qafqaz İqtisadi Forumunun beşincisi 21 may 2016-cı ildə Quba rayonund ətraflı oxu »

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rəsul oğlu Rza...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutunun “Türkologiya” şöbəsi 18 may 2016-ci il ətraflı oxu »