Azərbaycan Respublikası Milli Məclisinin deputatı millət vəkili Profesor Xanhüseyn Kazımlı Qafqaz Universitetində seminar verdi

Azərbaycan Respublikası Milli Məclisinin deputatı millət vəkili Profesor Xanhüseyn Kazımlı Qafqaz Universitetində seminar verdi
04 Mar 2016 12:22 | Baxılıb: 293

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutun “Qarabağ Tədqiqatları” şöbəsinin təşkilatçılığı ilə 03 mart 2016-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisinin İqtisadi siyasət komitəsinin üzvü, erməni təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupun rəhbəri, prof. Xanhüseyn Kazımlı Qafqaz Universitetində universitetin professor müəllim və tələbə heyətinə seminar verdi. Seminarda Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tahir Kərimli və digər rəsmi dövlət nümayəndələri də iştirak edirdi.

 

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutun “Qarabağ Tədqiqatları” şöbəsinin müdiri Dos. Bilal Dədəyev açılış nitqin söylədi. Sonra çıxış etməsi üçün kürsüyə  professor Xanhüseyn Kazımlını dəvət etdi.

 

Prof. Xanhüseyn Kazımlı ermənilərin törətdiklərini insanlığa yaraşmayan vəhşilik adlandırdı və qeyd etdi ki, faciələrimiz təkcə tarixi günlərdə deyil, hər zaman xatırlanmalıdır. Azərbaycanın məruz qaldığı itkilərin hesablanması önəmlidir. Professor bildirib ki, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsini öyrəndik. 26 nəfər xarici mütəxəssis dəvət etdik, müzakirələr apardıq və sənədli filmlər hazırladıq. O, mütəxəssislər də bildirdilər ki, Azərbaycanın təzminat tələb etmək haqqı var. Biz ardıcıl yaxınlaşma üsulu ilə bu hesablamaları aparırıq. Məruzədən sonra çıxış edən Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç ixtisasından asılı olmayaraq hər kəsin Qarabağ məsələsinin həllinə öz töhfəsini verməli olduğunu qeyd edib.

 

 

Son yeniliklər


Sungkyunkwan Universitetində əməkdaşlıq...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu “Sosial-İqtisadi Tədqiqatlar” şöbəsinin mü ətraflı oxu »

Sungkyunkwan Universitetində beynəlxalq konfrans...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu “Sosial-İqtisadi Tədqiqatlar” şöbəsinin mü ətraflı oxu »

V Qafqaz İqtisadi Forumu keçirildi...

2012-ci ildən bəri ənənəvi olaraq keçirilən Qafqaz İqtisadi Forumunun beşincisi 21 may 2016-cı ildə Quba rayonund ətraflı oxu »

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rəsul oğlu Rza...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutunun “Türkologiya” şöbəsi 18 may 2016-ci il ətraflı oxu »