Vistula Universitetində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir təşkil edilmişdir.

Vistula Universitetində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir təşkil edilmişdir.
15 Jan 2016 10:30 | Baxılıb: 361

 QAFQAZ UNİVERSİTETİNİN POLŞADA QARABAĞ TƏDBİRİ

 

Yanvar ayının 15-də Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu (QUSHEİ) Qarabağ Tədqiqatları Mərkəzi və Vistula Universiteti Beynəlxalq Əlaqələr İnstitutu tərəfindən Vistula Universitetində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir təşkil edilmişdir.

 

Yanvar ayının 15-də Qafqaz Universiteti Sosial Və Humanitar Elmlər Institutu (QUSHEİ) Qarabağ Tədqiqatları Mərkəzi və Vistula Universiteti Beynəlxalq Əlaqələr İnstitutu tərəfindən Vistula Universitetində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş “Dağlıq Qarabağın tarixinə ümumi baxış və Azərbaycanın mövqeyi” adlı tədbir təşkil edilmişdir. Tədbirdə Vistula universitetinin akademik heyəti, Polşa Respublikasında fəaliyyət göstərən bir çox tədqiqat mərkəzləri nümayəndələri, Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyinin müşaviri, Azərbaycan Respublikasının Polşadakı Diaspora təşkilatının nümayəndəsi və Vistula Universitetinin tələbələri iştirak ediblər.

 

Tədbirdə açılış nitqini söyləyən Vistula Universiteti Beynəlxalq Əlaqələr İnstitunun direktoru Prof. Dr. Longin Pastusiak 1988-1994-cü illər arasında davam edən Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin postsovet məkanında ən qanlı münaqişələrdən biri olduğunu vurğulamış, münaqişə nəticəsində təxminən 30.000 insanın həyatını itirdiyini, 1 milyondan çox Azərbaycanlının qaçqın və köçkün düşdüyünü və Azərbaycan Respublikasının 20 faiz ərazisinin ermənilər tərəfindən işğal olunduğunu qeyd etmişdir. Açılış nitqindən sonra söz Qafqaz Universitetinin əməkdaşı Sənnur Əliyevə verilmişdir. Öz çıxışı zamanı 20 Yanvar faciəsinin postsovet məkanında Sovet rəhbərliyi tərəfindən törədilən ən qanlı terror hadisələrindən biri olduğunu vurğulayan Sənnur Əliyev bu faciənin Azərbaycanın istiqlaliyəti yolunda bir dönüş nöqtəsi olduğunu söyləmişdir.

 

Sənnur Əliyevdən sonra söz Qafqaz Universiteti Sosial Və Humanitar Elmlər Institutu (QUSHEİ)-nin elmi işçisi, Almaniyanın Leipzig Universitetinin doktorantı və eyni zamanda QUSHEİ-in Almaniya təmsilcisi Şamxal Əbilova verilmişdir. Çıxışının giriş hissəsində 20 Yanvar faciəsi ilə Dağlıq Qarabağ arasındakı əlaqəyə toxunan Şamxal Əbilov, daha sonra Çar Rusiyası zamanı ermənilərin İran və Osmanlı imperialarının ərazisindən Qarabağ bölgəsinə köçürülməsindən danışmış, Ermənilərin “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olmamış və RK(b)P Qafqaz bürosunun 1921-ci il 5 iyul tarixli qərarı ilə Stalin tərəfindən qanunsuz olaraq Azərbaycana verilmişdir” yalan iddialarının əksinə olaraq Azərbaycan Demokratik Respublikası (1918-1920) zamanı Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması faktlarına toxunmuş və RK(b)P Qafqaz bürosunun 1921-ci il 5 iyul tarixli qərarı ilə Qarabağın Azərbaycana qanunsuz olaraq verilmədiyini və bu qərarın daha əvvəl mövcud olmuş reallığı təsdiqləyərək Qarabağın Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində muxtar vilayət olaraq saxlanılması istiqamətində olduğunu vurğulamışdır.

 

Çıxışının sonunda Şamxal Əbilov tədbir iştirakçılarının diqqətini “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 1990-cı il 3 aprel tarixli SSRİ Qanununa çəkərək bu qanunun ermənilər tərəfindən Dağlıq Qarabağın Azərbaycan Respublikasından ayrılması istiqamətində hüquqi baza kimi istifadə edilməsinin həm Sovet Konstitusiyası həmdə həmin qanunun özü ilə ziddiyət təşkil etdiyini vurğulamışdır.

 

Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan çıxış iştirakçıların rəy və suallarından ibarət müzakirələrlə davam etmiş və sonda Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyi tərəfindən 20 Yanvar faciəsi haqqında polyak dilində hazırlanmış bukletlər və Dağlıq Qarabağ həqiqətlərini əks etdirən kitablar tədbir iştirakçılarına təqdim edilmişdir.

 

Son yeniliklər


Sungkyunkwan Universitetində əməkdaşlıq...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu “Sosial-İqtisadi Tədqiqatlar” şöbəsinin mü ətraflı oxu »

Sungkyunkwan Universitetində beynəlxalq konfrans...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu “Sosial-İqtisadi Tədqiqatlar” şöbəsinin mü ətraflı oxu »

V Qafqaz İqtisadi Forumu keçirildi...

2012-ci ildən bəri ənənəvi olaraq keçirilən Qafqaz İqtisadi Forumunun beşincisi 21 may 2016-cı ildə Quba rayonund ətraflı oxu »

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rəsul oğlu Rza...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutunun “Türkologiya” şöbəsi 18 may 2016-ci il ətraflı oxu »