“Birinci Young Think Tank” layihəsi

“Birinci Young Think Tank” layihəsi
01 Aug 2015 16:06 | Baxılıb: 134

Təhlükəsizlik və Enerji Tədqiqatları Şöbəsi “Birinci Young Think Tank” layihəsini uğurla keçirdi

 

2015-ci il 1 Sentyabr tarixində, Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutunun Təhlükəsizlik və Enerji Tədqiqatları Şöbəsinin təşəbbüsü ilə “Young Think Tank I” adlı layihəsi həyata keçirilidi. Layihənin açılış mərasimində iştirak edən cənab Rektor Ahmed Sanic layihə ideyasını, tələbə cəhdlərini yüksək qiymətləndirdiyini vurğuladı və bu layihədə iştirak etmə şansını əldə edən yerli və beynəlxalq tələbələri təbrik etdi. Layihənin əsas məqsədi konfliktlərin həlli yolunda mütəxəssislər tərəfindən leksiyaların deyilməsi idi. Nümunə kimi Qarabağ və Yəmən konfliktləri nəzərdə tutulmuşdur. Bu məqsədlə, Təhlükəsizlik və Enerji Tədqiqatları Şöbəsinin dəstəyi ilə layihəyə 10 akademik heyət cəlb olunmuşdur.

 

Əlavə olaraq, layihə çərçivəsində tələbələrin empirik tədqiqat vərdişlərinin inkişafı üçün onlara ölkəmizdəki xarici səfirliklərdə qrup şəkində müsahibə keçmək şansı yaradılmışdır. Ümumilikdə, 200-dən çox tələbənin müraciət etdiyi layihəyə, ölkənin müxtəlif universitetlərinin tələbələrindən, o cümlədən, beynəlxalq tələbərdən ibarət olmaqla 16 nəfər istirak  haqqı qazanmışdır.  Dos. Ceyhun Mahmudlunun rəhbərliyi altında Təhlükəsizlik və Enerji Tədqiqatları Mərkəzinin  dəstəklədiyi layihə Sentyabrın 10-na qədər davam etdi.

 

 

Bağlanış mərasimində çıxış edən Dr.Mahmudlu “Young Think Tank” –in bu ilki  sayının uğurla sonlandığını və layihənin ənənə halına gətirilməsinin vacibliyin vurğuladı. Tədbir daha sonra  hədiyyə və sertifikatların təqdimatı, yemək ziyafəti ilə davam etdi.

Son yeniliklər


Sungkyunkwan Universitetində əməkdaşlıq...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu “Sosial-İqtisadi Tədqiqatlar” şöbəsinin mü ətraflı oxu »

Sungkyunkwan Universitetində beynəlxalq konfrans...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu “Sosial-İqtisadi Tədqiqatlar” şöbəsinin mü ətraflı oxu »

V Qafqaz İqtisadi Forumu keçirildi...

2012-ci ildən bəri ənənəvi olaraq keçirilən Qafqaz İqtisadi Forumunun beşincisi 21 may 2016-cı ildə Quba rayonund ətraflı oxu »

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rəsul oğlu Rza...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutunun “Türkologiya” şöbəsi 18 may 2016-ci il ətraflı oxu »