Azərbaycan Biznes Keys 2015 Müsabiqəsində Tələbələrimizin Uğuru

Azərbaycan Biznes Keys 2015 Müsabiqəsində Tələbələrimizin Uğuru
18 Jan 2016 20:04 | Baxılıb: 213

   "Azərbaycan Biznes Keys 2015" Müsabiqəsində Tələbələrimizin Uğuru


Sahibkarlığın İnkişafı və Tədqiqatları Şöbəsinin  tələbə üzvlərindən təşkil olunmuş Qafqaz Universiteti komandası hər il ənənəvi olaraq Azərbaycan universitetləri arasında keçirilən Azərbaycan Biznes Keys müsabiqəsində 3cü oldu. Sahibkarlığın İnkişafı və Tədqiqatları Şöbəsinin  tələbə üzvləri hər il sentyabr  və dekabr ayları arasında keçirilən biznes keys yarışına bir neçə komanda ilə qatılır. Müsabiqə həm akademik həm də ictimai sferada çox maraq doğurduğundan yarışa qatılan komandalar müsahibə yolu ilə seçilirlər. Komandalar hər biri dörd tələbədən ibarət olmaq şərti ilə təhsil aldıqları universitetin adı altında müsabiqəyə qatılmaq üçün müraciət edirlər.

 

Bu il Azərbaycan Biznes Keys 2015 müsabiqəsi senytabrın sonları 50 komandanın iştirak üçün müraciəti ilə başlamış, intervyu mərhələsində komandaların sayı 21-ə endirilmişdir. Adı çəkilən 21 komanda məhz bu universitetləri təmsil edirdi : ADA universiteti (6 komanda), Azərbaycan Dövlət İqtisad Universiteti (6 komanda), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1 komanda), Bakı Dövlət Universiteti (1 komanda), Xəzər Universiteti (1 komanda) və Qafqaz Universiteti (5 komanda).

 

Müsahibədən keçən komandalar 4 həftə ərzində intensiv təlimlərə qatılır və hər həftə biznes keys həlli ilə məşğul olurlar. Bu ilki təlimlər Procter & Gamble və Earnset and Young şirkətlərinin maliyyə və marketinq mütəxəssisləri tərəfindən keçirilmişdir. Təlimlər marketinq, strateji idarəetmə, Excel proqramında maliyyə modelleri və təqdimat bacarıqları mövularını əhatə etmişdir. Analiz edilən biznes keyslər Harvard Universiteti professorlarının hazırladıqları keyslərdən ibarətdir. Bu biznes keyslərdə tələbələrdən şirkətlərin maliyyə, idarəetmə və marketinq məsələləri ilə bağlı qarşılaşdıqları problemləri əks etdirən vəziyyəti analiz etmək tələb olunur. Son həftədə komandalar  eyni gündə həm yarım final həm də final mərhələsinə keçən komandaları müəyyən edirlər.

 

Bu il final mərhələsi Dekabrın 6-sında ADA Universitetində keçirildi. Bu il final mərhələsində Qafqaz  Universiteti ‘Sahibkarlığın İnkişafı və Tədqiqatları Şöbəsi’-nin tələbə üzvlərindən təşkil olunmuş 5 komanda ilə təmsil olunmuşdur. Müsabiqədə Qafqaz Universiteti ilə yanaşı ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universitetinin komandaları iştirak edirdi.

 

Müsabiqənin yarımfinal mərhələsində Qafqaz Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universitetini təmsil edən 10 komanda iştirak hüquqü qazanmış və final mərhələsinə  hər universitetdən yalnız 1 komanda seçilmişdir. Finalda iştirak edən komandalar Qafqaz Universiteti Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universitetini təmsil edən komandalardan ibarət olmuş və nəticələr aşağıdakı kimi olmuşdur. Qalib komandalar ümumilikdə 10 500 AZN mükafat əldə etmişlər (1-ci yer 6000 AZN, 2-ci yer 3000 AZN və 3-cü yer 1500 AZN). 


1-ci yer – Azərbaycan Dövlət İqtisad Universiteti
2-ci yer – ADA Universiteti
3-cü yer – Qafqaz Universiteti


Universitetimizi finalda təmsil edən tələbələrimiz, Günay Əhmədli (Dünya İqtisadiyatı bölməsi 4 cü kurs),Arazxan Əsgərxanov(Dünya İqtisadiyatı bölməsi 4 cü kurs), Elnur  Səfərov (Dünya İqtisadiyatı bölməsi 4 cü kurs) və Nəriman Knyazlını (Dünya İqtisadiyatı bölməsi 3 cü kurs) bu uğur münasibətilə təbrik edir və  bütün tələbələrimizə gələcək yarışlarda müvəffəqiyyətlər arzu edirik.

Son yeniliklər


Sungkyunkwan Universitetində əməkdaşlıq...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu “Sosial-İqtisadi Tədqiqatlar” şöbəsinin mü ətraflı oxu »

Sungkyunkwan Universitetində beynəlxalq konfrans...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutu “Sosial-İqtisadi Tədqiqatlar” şöbəsinin mü ətraflı oxu »

V Qafqaz İqtisadi Forumu keçirildi...

2012-ci ildən bəri ənənəvi olaraq keçirilən Qafqaz İqtisadi Forumunun beşincisi 21 may 2016-cı ildə Quba rayonund ətraflı oxu »

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rəsul oğlu Rza...

Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnstitutunun “Türkologiya” şöbəsi 18 may 2016-ci il ətraflı oxu »